Rusiyada müdafiə sənayesi zavodunda baş verən partlayışda xəsarət alanların sayı 116-ya çatıb
Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində "Crystal" zavodunun trotil istehsal edilən sexində baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 116 nəfər çatıb. GunAz.az xəbər verir ki, bu barədə RİA"Novosti"yə mənbə məlumat verib.
"Yaralananlar arasında bir uşaq da var", mənbə bildirib.
Onun sözlərinə görə, hazırda xəstəxanalarda 17 nəfər var, onlardan birinin vəziyyəti ağırdır.