İranda polis 226 kiloqram narkotik vasitə müsadirə etdi
İranın Yəzd şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində 226 kiloqram narkotik vasitə müsadirə edilib.
GunAz.az xəbər verir ki, Əfqanistan ilə sərhəd vilayətindən Yəzdə gətirilən narkotik vasitə daha sonra Tehrana, Təbrizə və digər iri şəhərlərə daşınıb satılacaqdı. Şəhər polis idarəsinin rəis müavini polkovnik Rza Maki bildirib ki, həbs olunanlar dindirilir. İstintaq davam edir. Onun sözlərinə görə, cari ilin əvvəlindən bu günə kimi Yəzd vilayətində 3 tondan çox narkotik vasitə müsadirə olunub.
Xatırladaq ki, İranda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kəskin mübarizə aparılır.Azərtac