Tiflis teleqülləsi bayrağımızın rənglərinə büründü - Foto
Azərbaycanın Respublika Günü münasibətilə Gürcüstanın paytaxtı Tiflisdə teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Report xəbər verir ki, axşam saatlarından etibarən teleqüllə göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.