İraq məhkəməsi 4 fransalı İŞİD-çiyə edam hökmü oxuyub

İraq məhkəməsi 4 fransalı İŞİD-çiyə edam hökmü oxuyub

 B.Samid. İraq Məhkəməsi bu gün İŞİD-in 4 fansalı üzvü barədə edam hökü çıxarıb və bu hökm yaxın zamanlarda icra ediləcək.

GunAz.az Sumariya Agentliyinə istinadla xəbər verir ki, Bağdadın Ağır Cinayətlər Məhkəməsi bu gün 4 fransalı İŞİD-çiyə edam hökmü oxuyub.

İraq Məhkəməsi mənbələrinin məlumatına görə Fransa tərəfinin bu edam hökmləri barədə etirazına baxmayaraq, hökmlər icra ediləcək.

Fransa rəsmi mənbələri bundan öncə bildirib ki, bu ölkədən olan İŞİD-çilərin İraqda və Suriyada mühakimə edilməsini istəyir.

Qeyd edək ki, İraqın terrorla mübarizə qanunun 4-cü maddəsinə əsasən terror təşkilatına qoşulan və onunla əməkdaşlıq edənlər edam edilməlidirlər.

скачать dle 12.1
Geri qayıt