ABŞ-da atışma nəticəsində 10 nəfər yaralanıb
ABŞ-ın Nyu-Jersi ştatının Trenton şəhərində kafedə atışma nəticəsində azı 10 nəfər yaralanıb. Bu barədə polis məlumatlarına istinadən "NJ.com" portalı məlumat yayıb.
Məlumata əsasən, təcili yardım maşınları şəhər xəstəxanalarına beş kişi və beş qadın gətiriblər.
GunAz.az RİA "Novosti"yə istinadən xəbər verir ki, qurbanlardan birinin vəziyyəti ağırdır.
Hadisə ilə bağlı istintaq aparılır.