Azərbaycanla NATO arasında görüş oldu - MN

Azərbaycanla NATO arasında görüş oldu - MN

Brüsseldə Azərbaycan Respublikası ilə NATO arasında “Planlaşdırma və analiz prosesi” sənədinin müzakirəsi üzrə “29+1” formatında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən GunAz.az-a bildiriblər ki, görüşdə bu sənəd çərçivəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən icra edilən tərəfdaşlıq məqsədləri və öhdəlikləri, eləcə də digər məsələlər müzakirə olunub.

скачать dle 12.1
Geri qayıt