Zelenski Ukraynaya qayıtdı

Ukraynanın seçkilərdə qalib olmuş prezidenti Vladimir Zelenski ailəsi ilə Bodrumda qaldığı beş ulduzlu oteli tərk edərək Ukraynaya qayıdıb.
GunAz.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, onu “Milas-Bodrum” Hava Limanında Muğlanın valisi Esengel Civelek və Milas rayonunun rəhbəri Eren Araslan yola salıb.
Zelenski “Türkiyə Hava Yolları”na (“Turkish Airlines”) məxsus reyslə öz ölkəsinə dönüb.
Qeyd edək ki, aprelin 26-da Türkiyəyə istirahətə yollanan V.Zelenski uşaqlarını ənənəvi “Əyləncə” festivalına apardığını, son 4 ayda ilk dəfə xarici ölkəyə səfər etdiyini, iki gün sonra Ukraynaya qayıdacağını söyləmişdi. O, bu səfərinə görə tənqid olunmuşdu.