İran Qolan sərhədinə ordu yeritməyib - Rusiya

İran Qolan sərhədinə ordu yeritməyib - Rusiya

İran ABŞ Prezidenti Donald Trampın Qolan təpələrini İsrail ərazisi kimi tanıması qərarına rəğmən üzərinə götürdüyü öhdəlikləri icra edir.

GunAz.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib. Onun sözlərinə görə, İran hələ Suriyanın Qolanla sərhəddəki ərazilərinə qoşun yeritməyib.

Qeyd edək ki, bundan öncə İran Suriyadakı qoşunlarını İsraillə sərhəddən 75-80 kilometr uzaqlıqda yerləşdirəcəyi haqqında üzərinə öhdəlik götürüb.

скачать dle 12.1
Geri qayıt