Sudanda komendant saatı ləğv edildi

Sudanda komendant saatı ləğv edildi

Sudanda komendant saatı ləğv edilib.

GunAz.az xəbər verir ki, bunu Sudan dövlət televiziyasına açıqlamasında Sudanın Hərbi Şurasının yeni sədri Əbdülfəttah əl-Burhan deyib. O, bütün vilayətlərin rəhbərlərinin vəzifəsinə xitam verildiyini bildirib. Ölkədəki keçid dövrünün maksimum 2 il davam edəcəyini deyən Burhan daha sonra hakimiyyətin xalqdan təşkil olunan mülki hökumətə təhvil veriləcəyini söyləyib.

Qeyd edək ki, aprelin 12-də Sudanda komendant saatı tətbiq olunmağa başlamışdı. Bu vəziyyətin bir ay davam edəcəyi bildirilirdi.

скачать dle 12.1
Geri qayıt