Ərdoğan aprelin 8-də Rusiyaya səfər edəcək

Ərdoğan aprelin 8-də Rusiyaya səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də Rusiyaya səfər edəcək.

GunAz.az-ın Türkiyə başçısının mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, Ərdoğan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasında iştirak edəcək.

İclas çərçivəsində ikitərəfli münasibətlər, regional məsələlər, o cümlədən Suriyadakı vəziyyət müzakirə olunacaq. Həmçinin müxtəlif razılaşmaların imzalanması planlaşdırılır.

Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin həmçinin hər iki ölkənin iş adamları ilə görüşəcək.

скачать dle 12.1
Geri qayıt