"Sarı jiletlər"in aksiyaları Fransaya 200 milyon avroya başa gəlib

"Sarı jiletlər"in aksiyaları Fransaya 200 milyon avroya başa gəlib

"Sarı jiletlər" hərəkatı və onlara qoşulan digər xuliqan qruplaşmaların keçirdiyi nümayişlər Fransaya 200 milyon avro ziyan vurub.

Trend-in məlumatına görə, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer Senatın iqtisadiyyat üzrə komissiyasında çıxış edərkən deyib.

Eyni zamanda o xəbərdarlıq edib ki, bu, bunlar "təxmini rəqəmdir", çünki bunlar istehlak sahəsində olan bir çox amillərdən asılıdır.

L.Mer bildirib: "Hamının gözü qarşısında olan zorakılıq Fransaya, onun nüfuzuna və dünyadakı cəlbediciliyinə ziyan vurur. Lakin bütün bu zorakılıq ölkənin iqtisadi əsaslarını sarsıdmayacaq".

скачать dle 12.1
Geri qayıt