Yerevanda polis aksiya iştirakçılarına güc tətbiq etdi
Yerevanda Milli Opera və Balet Teatrının yaxınlığında yerləşən kafenin sökülməsi işləri yenidən başlanılıb.
Qeyd edək ki, bu kafenin sökülməsi orda işləyənlərin etiraz aksiyaları səbəbi ilə dayandırılmışdı.
News.am-ın məlumatına görə, kafenin işçiləri söküntü işlərinə mane olmaq üçün müqavimət göstəriblər.
Polis etirazçıları yerə yıxıb, sürüyərək ərazidən uzaqlaşdırıb.