MHP: Bu seçkini Tramp və terrorçular səbirsizliklə gözləyir
31 mart seçkiləri yalnız Türkiyədə yaşayan 82 milyon vətəndaşı deyil, ABŞ Prezidenti Donald Trampı və bütün Avropa ölkələrini də maraqlandırır.
GunAz.az xəbər verir ki, bu sözləri MHP-nin sədr müavini Ərkan Ağçay jurnalistlərə açıqlamasında deyib.
O, 31 martda keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərinin əhəmiyyətindən danışaraq terror təşkilatlarının da nəticələrini 4 gözlə gözlədiyini və pusquda olduqlarını qeyd edib.