Braziliyada iki qatar toqquşdu - Ölən və yaralananlar var

Braziliyada iki qatar toqquşdu - Ölən və yaralananlar var

Braziliyanın Rio de Janeyro şəhərində iki sərnişin qatarı toqquşub. 

 

GunAz.az DHA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində qatarlardan birinin maşinisti ölüb, 8 sərnişin isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları cəlb edilib və yaralılar xəstəxanaya yerləşdiriliblər. 

 

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt