ABŞ təyyarələri Rusiya sərhədində kəşfiyyat apardı

ABŞ təyyarələri Rusiya sərhədində kəşfiyyat apardı

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 kəşfiyyat təyyarəsi Baltik və Qara dəniz sahillərində uçuş həyata keçirib.

GunAz.az xəbər verir ki, bu barədə “PlanRadar” müşahidə saytı məlumat yayıb.

Bildirilib ki, İtaliyadan havaya qalxan “Boyinq P-8A” təyyarəsi Bolqarıstan hava sərhədini keçdikdən sonra Krımın qərbində uçuş edib.

Təxminən eyni zaman kəsiyində “Boyinq RC-135 V” təyyarəsi isə İngiltərənin aviabazalarından birindən hərəkətə keçib və bir neçə dəqiqə sonra Kalininqrad sərhədində kəşfiyyat aparıb.

Qeyd edək ki, son günlər NATO qüvvələrinə, o cümlədən ABŞ-a aid müxtəlif tipli hərbi təyyarələrin Rusiya sərhədlərində kəşfiyyat uçuşu həyata keçirməsi barədə xəbərlər yayılır.

скачать dle 12.1
Geri qayıt