Qəzzada 5 ildən sonra Ümrə həyəcanı

Qəzzada 5 ildən sonra Ümrə həyəcanı

2014-cü ildən bəri Ümrə ziyarətinə getməyən Qəzzalılar üçün Ümrə mövsümü mart ayında başlayacaq.

GunAz.az "AA"ya istinadən xəbər verir ki, bu barədə Fələstin Vəqflər və Dini İşlər naziri Şeyx Yusif Edis məlumat verib.

O, nazirliyin Ümrə ziyarətinin başlaması üçün tərəflərlə lazımi bütün aktları tamamladığını bildirib.

Nazir ilk karvanın martın 4-də Qahirə Beynəlxalq Hava Limanından Fələstin Hava Yollarına aid təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəyini qeyd edib. 

скачать dle 12.1
Geri qayıt