Rusiya bu türk ölkəsində yeni baza aça bilər

Rusiya bu türk ölkəsində yeni baza aça bilər

Rusiya Qırğızıstanla ölkə ərazisində yeni Rusiya hərbi bazasının açılması ideyasını müzakirə etməyə hazırdır.

GunAz.az xəbər verir ki, bunu Qırğızıstan-Rusiya Slavyan Universitetində çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Bu, bizim təşəbbüsümüz deyil. Biz ilk dəfə bunun haqqında eşitdik və qırğız dostlarımızla bu ideyaları müzakirə etməyə hazırıq”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın Qırğızıstanda Kant aviabazası var. Müqaviləyə əsasən, bu baza 2058-ci ilə qədər Qırğızıstanda qalacaq.(Axar)

скачать dle 12.1
Geri qayıt