ABŞ və "Taliban" razılığa gəldi - Qoşunlar çıxarılır
ABŞ və radikal "Taliban" hərəkatının nümayəndələri Qətərin paytaxtı Dohada keçirilən məsləhətləşmələr zamanı xarici qoşunların Əfqanıstandan çıxarılması barədə saziş layihəsini razılaşdırıb.
GunAz.az bildirir ki, "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" "Taliban"dakı mənbəyinə istinadən məlumat yayıb.
Məlumata görə, saziş layihəsi özündə xarici qoşunların ölkədən 18 ay ərzində çıxarılmasını ehtiva edir.