BMT: İran narkotiklərin aşkar edilməsində birinci yerdə durur

BMT: İran narkotiklərin aşkar edilməsində birinci yerdə durur

BMT-nin narkotik maddələr və cinayət ilə mübarizə bürosunun icraçı müdiri Vyanada İranın Baş Təftiş Təşkilatının sədri Naser Sərac ilə görüşdə BMT ilə İranın narkotik maddələrlə mübarizə sahəsində həmkarlıq etmələrinin önəmini vurğulayıb. Bildirib ki, İran narkotiklərin aşkar edilməsində birinci yerdə durur.

GunAz.az bildirir ki, İran və BMT-nin bu təşkilatın narkotik maddələr və cinayət ilə mübarizə bürosunun məsuliyyəti dairəsindəki əməkdaşlığının münasib səviyyədə olduğunu bildirən Yuri Fedotov belə qeyd edib: BMT-nin vəzifəsi budur ki, müxtəlif mənbələri cəzb etmək və ciddi-cəhdlə İranın narkotik maddələr ilə mübarizə sahəsindəki fəaliyyətlərinə dəstək versin.

Naser Sərac da bu görüşdə narkotik probleminə toxunub. O, Iranin bu nəhs fenomen ilə təsirli mübarizə sahəsindəki addımlarını, eləcə də ağır insan və maliyyə xərclərini şərh edərək, beynəlxalq təşkilatlar və ölkələrin bu sahədə həmkarlıq etməmələrini tənqid edib. Sərac BMT-nin narkotik maddələr və cinayət ilə mübarizə bürosunun əməkdaşlıqların genişləndirilməsinə, eləcə də mənbə və imkanların gücləndirilməsinə ciddi yanaşmasını istəyibdir.

İran İslam Respublikası dünyada narkotik maddələr qaçaqmalçılığı ilə mübarizənin ön xətti kimi bu yolda dörd mindən çox şəhid və təqribən on iki min yaralı təqdim edibdir.

 

скачать dle 12.1
Geri qayıt