Ərdoğan: Mənbic əsl sahiblərinə qaytarılacaq
Suriyanın Mənbic şəhəri terrorçulardan təmizlənəcək və əsl sahiblərinə qaytarılacaq.
GunAz.az-ın məlumatına görə, belə bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Türkiyə liderinin sözlərinə görə, hazırda Ankara Mənbicdə, ümumilikdə isə Suriyanın şimalında baş verən hadisələri diqqətlə izləyir:
"Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin edəcək və bu istiqamətdə bizə kömək edəcək hər kəslə əməkdaşlığa hazırdır".
Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, ABŞ Suriya ilə bağlı Ankaraya verdiyi sözü tutmalıdır.