Tanınmış din alimi rektor təyin edildi

Tanınmış din alimi rektor təyin edildi
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
GunAz.az xəbər verir ki, sərəncama əsasən 5 universitetə rektor təyinatı olub.
Onların içində Türkiyənin tanınmş din alimi Nihad Hatiboğlu var. O, Qaziantep İslam Elm və Texnologiya Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, Nihad Hatiboğlu 1955-ci il mayın 11-də Diyabəkirdə doğulub. Siirt və Malatyada ibtidai məkətbdə, 1975-ci ildə isə Uşak İmam Hatib Məktəbində və Uşak Liseyində təhsil alıb. 1981-ci ildə Ankara Universitetinin İlahiyyat fakültəsini bitirib.

 

скачать dle 12.1
Geri qayıt