Ukraynanın prezidenti azərbaycanlı ola bilər
Ukraynanın Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirov prezidentliyə namizədlik üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
GunAz.az xəbər verir ki, bu barədə MSK-nın mətbuat xidməti məlumat yayıb.
MSK beş gün müddətinə R.Nəsirovun müraciətinə baxacaq.
Qeyd edək ki, Ukraynada seçki kampaniyası dekabrın 31-də başlayıb. Prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası artıq 8 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib.(Axar.az)