Polis helikopteri suya düşdü - ölən və yaralanan var

Polis helikopteri suya düşdü - ölən və yaralanan var

Braziliya hərbi polisinə məxsus helikopter naməlum səbəbdən Rio-de-Janeyro şəhəri yaxınlığında Quanabara körfəzinə məcburi eniş edib.

GunAz.az xəbər verir ki, helikopterdə olan 4 nəfərdən 1-i ölüb, 3-ü xilas edilib.

Yaralılar xəstəxanaya aparılıb.

Məlumata görə, “Fenix08” tipli helikopter Rio-de-Janeyro şəhərinin şimal-qərbindəki San Juan di Meriti peyk şəhəri ilə bağlayan avtomobil yolunda patrul xidməti aparırmış.

скачать dle 12.1
Geri qayıt