Hindistanda timsahın dəfninə yüzlərlə adam gəldi
Hindistanda 130 yaşlı timsahın dəfn mərasimi keçirilib.
GunAz.az Hindustan Times nəşrinə istinadən xəbər verir ki, dəfn mərasimində 500 nəfər iştirak edib.
Uzunluğu üç metr olan “Qanqaram” adlı timsah kənd yaxınlığındakı göldə yaşayıb. Timsah heç vaxt insanlara hücum etməyib. Bu üzdən kənd sakinləri etiram əlaməti olaraq onun dəfn mərasimini təşkil etmək qərarına gəliblər.
Bildirilir ki, timsaha göl yaxınlığında abidə qoyulması planlaşdırılır