Vaşinqton Türkiyədən təminat tələb etdi

Vaşinqton Türkiyədən təminat tələb etdi

ABŞ Türkiyə tərəfinin müəyyən təminatları olmadan Suriyadan qoşunlarını çıxarmayacaq.

GunAz.az xəbər verir ki, bunu ABŞ prezidentinin müşaviri Con Bolton bəyan edib.

O qeyd edib ki, Vaşinqton Türkiyənin ABŞ-la razılaşdırılmadan hərbi əməliyyatlara başlamasını doğru hesab etmir.

Boltonun fikrincə, Ankaranın addımları təkcə ABŞ qoşunlarını deyil, həm də Vaşinqtonun Suriyadakı tərəfdaşlarını təhlükə altına atmamalıdır.

Trampın müşaviri bildirib ki, YPG dəstələri İŞİD-lə mübarizədə ABŞ-la yaxın tərəfdaşlıq edib.

скачать dle 12.1
Geri qayıt