Meksikada mer vəzifəyə gəldikdən saat yarım sonra öldürüldü

Meksikada mer vəzifəyə gəldikdən saat yarım sonra öldürüldü

Meksikanın Oaxaka ştatının Tlahiako bölgəsinin meri vəzifəsinə təyin edilən Aleksandro Aparisio vəzifə səlahiyyətinə başladıqdan saat yarım sonra sui-qəsd nəticəsində qətlə yetirilib. 

GunAz.az vesti.ru-ya istinadən xəbər verir ki, ştat qubernatoru Aleksandro Murat baş prokurordan hadisənin qısa zamanda araşdırılmasını tələb edib. Bir müddət sonra polis cinayəti törədəni yaxalayıb. Onun kimliyi açıqlanmır.

Sui-qəsd zamanı daha 2 nəfər də xəsarət alıb.

скачать dle 12.1
Geri qayıt