Rusiya Türkiyə üçün Suriyada sərhəd çəkdi - Gürcanlı

Rusiya Türkiyə üçün Suriyada sərhəd çəkdi - Gürcanlı

Rusiya da Türkiyənin Suriyada hərbi təsirinin artmasından narahatdır.

Bu sözləri türkiyəli siyasi yazar Zeynəb Gürcanlı Suriyada cərəyan edən son prosesləri şərh edərkən deyib.

O bildirib ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov son açıqlamalarında məhz İdliblə bağlı vəziyyətin üzərində dayanır və Türkiyənin bu bölgədən savayı ərazilərdəki hərbi təsirinin artmasının birmənalı qarşılanmadığına işarə verir:

"Rusiya Türkiyənin daha irəli getməsini istəmir. Rusiya XİN-nin belə bir açıqlaması var: Türk ordusu İdlibdə qanuni əsaslarla yerləşib. Bu, olduqca önəmli açıqlamadır. Rusiya sərhəd çəkdi. Türk ordusu İdlibdə qanuni yerləşdirilib, bəs digər yerlərdə?"

скачать dle 12.1
Geri qayıt