Silahlılar Hələb, Latakiya və Hamada yaşayış məntəqələrini atəşə tutublar

Silahlılar Hələb, Latakiya və Hamada yaşayış məntəqələrini atəşə tutublar

Silahlılar Suriyanın Hələb, Latakiya və Hama əyalətlərində yaşayış məntəqələrini atəşə tutublar.

GunAz.az Trend-ə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Suriyada düşmən tərəflərin barışdırılması üzrə mərkəzin rəisi general-leytenant Sergey Solomatin bildirib.

Onun sözlərinə görə, İdlib deeskalasiya zonasında qanunsuz silahlı qruplaşmalar atəşkəs rejimini pozmağa davam edirlər: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Sandran və Dahr-Əbu-Əsəd yaşayış məntəqələrini, Hama əyalətinin Tell-Marak yaşayış məntəqəsini və Hələb əyalətinin Kudehi yaşayış məntəqəsini atəşə tutublar".

General-leytenant əlavə edib ki, Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəz İdlib, Hama və Dəməşqdə humanitar aksiyalar keçirib

скачать dle 12.1
Geri qayıt