Daha bir İran rəsmisi milyardlarları mənimsəyərək ölkədən qaçıb

Daha bir İran rəsmisi milyardlarları mənimsəyərək ölkədən qaçıb

 İranın dövlət qurumlarında çalışan rəsmilərin tutduğu vəzifədən sui-istifadə edərək, külli miqdarda pul mənimsəyərək ölkədən qaçması halları get-gedə artır.

 

İran mediasının yaydığı xəbərə əsasən, bu dəfə, Tehran əyalətinin İslami İrşad və Mədəniyyət İdarəsinin keçmiş baş direktoru Behzad Moridi ölkəni tərk edərək Kanadaya qaçıb. Bildirilir ki, həm İran və həm Kanada vətəndaşı olan Behzad Moridi, 2017-ci ilin fevral ayında həmin posta təyin edilsə də, o bu ilin iyul ayında tutduğu vəzifədən istefa vermişdi.

 

Behzad Moridinin ölkədən qaçmasının dəqiq tarixi açıqlanmasa da, onun milyardlarla tümən mənimsəyərək Kanadaya qaçması barədə xəbər yenicə yayılıb.

 

Qeyd edək ki, son illər İranda hakimiyyətə qarşı kütləvi etirazların keçirilməsinin ardınca, onlarla İran rəsmisi külli miqdarda pul mnimsəyərək, müxtəlif yollarla xarici ölkələrə qaçıblar.(GunAz.tv)

скачать dle 12.1
Geri qayıt