İranda terror aktı ilə bağlı 4 nəfər saxlanıldı

İranda terror aktı ilə bağlı 4 nəfər saxlanıldı

İranın cənub-şərqində yerləşən Çabahar liman şəhərində terror aktı törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

GunAz.az "RİA Novosti"yə istinadən xəbər verir ki, şübhəli şəxslər İranın Sistan və Bəlucistan əyalətlərinin müxtəlif şəhərlərində tutulublar. Hazırda araşdırmalar davam etdirilir.

Cümə axşamı səhər Çabahar şəhərində terrorçu-kamikadze minalanmış avtomobil ilə təhlükəsizlik qüvvələri qərargahının ərazisinə keçmək istəyib. Ardınca partlayış baş verib və nəticədə 2 nəfər ölüb, daha 42-si yaralanıb.

скачать dle 12.1
Geri qayıt