Corc Buş dəfn edildi

Corc Buş dəfn edildi

ABŞ-ın sabiq prezidenti ata Corc Buş dəfn edilib.

GunAz.az xəbər verir ki, eks prezident Texasda torpağa tapşırılıb.

Qeyd edək ki, Corc Buş 94 yaşında vəfat edib. Corc Buş Kollec-Steyşen şəhər universitetinin onun adını daşıyan prezident kitabxanasının ərazisində dəfn olunub. Sabiq dövlət başçısı ailə üzvlərinin – 7 ay əvvəl vəfat etmiş xanımı Barbaranın və 1953-cü ildə 3 yaşında dünyasını dəyişmiş qızı Robinin məzarlarının yanında torpağa tapşırılıb.

скачать dle 12.1
Geri qayıt