Murad Boz Aslı Enverlə barışdığını təsdiqlədi
Müğənni Murad Boz sevgilisi Aslı Enverlə barışdığını təsdiqləyib.
GunAz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni dünən restorandan çıxarkən paparatsilərə tuş gəlib. Prodüser Acun Ilıcalı ilə yemək yeyən müğənni çıxışda jurnalistlərin suallarını cavablandırıb. O, aprel ayında ayrıldığı sevgilisi Aslı Enverlə barışdığını təsdiqləyib:
"Bəli, barışmışıq və xoşbəxtik".