Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü
Tacikistanda avtomobil qəzası nəticəsində Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Mobil Dəstəsinin dörd zabiti həlak olub.
GunAz.az Axar.az-a istinadən xəbər verir ki, hadisə Düşənbənin 120 kilometrliyindəki Xalburk şəhərində Xüsusi Təyinatlı Mobil Dəstənin dörd üzvü olan minik maşınının yük avtomobili ilə toqquşması nəticəsində baş verib. Zabitlərin üçü 20-22 yaşlarındadır.
Qəza ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.