Ermənistan silah almaq üçün danışıqlar aparır
Ermənistan silah almaq məqsədilə Rusiya ilə müəyyən danışıqlar aparır.
GunAz.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin səlahiyyətlərini icra edən David Tonoyan deyib.
O bildirib ki, hələlik bu danışıqlar bitməyib.
Qeyd edək ki, bir müddət öncə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan silahın ABŞ-dan alına biləcəyini bəyan etmişdi.