Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər

Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər

Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəməri və türkmən qazının Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə dünya bazarlarına tədarükü məsələlərini müzakirə ediblər.

GunAz.az-ın məlumatına görə, bu məsələ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun türkmənistanlı həmkarı Rəşid Meredovla görüşü zamanı müzakirə olunub.

M.Çavuşoğlu Türkiyə və Türkmənistanın 2019-2020-ci illərdə Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq proqramını imzaladıqlarını deyib.

Xatırladaq ki, M.Çavuşoğlu Türkmənistanda ikigünlük səfərdədir.

скачать dle 12.1
Geri qayıt