Kırmızıgülün evindən külli miqdarda pul oğurlandı
Mahsun Kırmızıgülün anasının evində xadiməçi çalışan Türkmənistan əsilli qadın 1,5 milyon lirəlik pul və zinət əşyalarını oğurlayıb.
Polis 66 min dollar və iki ədəd yeni alınmış telefon, 300 qram qızıl tapıb. Kırmızıgülün anasının evindən götürülənlərin siyahısı açıqlanıb. Belə ki, qadın evdən 130 min dollar, 5 min avro, 45 dəst zinət əşyası götürüb.
Qadının evindən isə polis araşdırma zamanı 50 min dollar və 12 ədəd qızıl qolbaq tapıb. Qadınla birlikdə hadisədə dörd şəxsin də əli olduğu öyrənilib. Onlar xaricə qaçmağa çalışıblar. Hava limanından keçə bilməyən və maşınla Ankaraya gedən şübhəlilərin üstündən 300 qram qızıl və 16 min 936 dollar tapılıb.
Həbs olunanlar günahlarını etiraf etsələr də, məbləğin deyilən qədər çox olmadığını bildiriblər.