Peruda dəhşətli qəza - 15 ölü, 39 yaralı

Peruda dəhşətli qəza - 15 ölü, 39 yaralı
Peruda mini-furqonla avtobusun toqquşması nəticəsində 15 nəfər ölüb, 39 nəfər xəsarət alıb.

GunAz.az xəbər verir ki, hadisə Yunquyo və Takna şəhərlərini birləşdirən avtomobil magistralında baş verib. 

Bildirilir ki, ölənlərdən biri uşaq, 12-si qadındır. İlkin məlumatlara görə, mikroavtobus sürücüsü qəzaya səbəb olub, o, sürət həddini aşaraq qarşıdakı zolağa çıxıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt