Dardanel boğazı bağlandı - SƏBƏB?

Dardanel boğazı bağlandı - SƏBƏB?

Türkiyədə Dardanel boğazı gəmilərin hərəkəti üçün qeyri-müəyyən müddətə bağlanıb.

GunAz.az trend -ə istinadən xəbər verir ki, qərara boğaz üzərində sıx duman səbəb olub.

Dardaneldə gəmilərin hərəkəti yerli vaxtla saat 06:30-dan etibarən dayandırılıb. Boğazın nə vaxt açılacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, Dardanel boğazı bu ilin mayında gəmilərin hərəkəti üçün bağlanmışdı.

скачать dle 12.1
Geri qayıt