İzmirdə ardıcıl 3 zəlzələ baş verdi
Türkiyənin üçüncü ən böyük şəhəri olan İzmirdə ardıcıl zəlzələlər baş verib.
GunAz.az Anadolu agentliyinə istinadən xəbər verir ki, episentri Egey dənizində olan zəlzələ 3 dəfə təkrarlanıb. Yeraltı titrəyişlər əvvəlcə 3,8, daha sonra 4,1, son olaraq isə 3,6 bal gücündə hiss edilib.
Zəlzələ nəticəsində böyük dağıntı və insan itkisi olmasa da, sakinlər təşviş keçirib.