Pakistanda 6,7 bal gücündə zəlzələ
Pakistanda güclü zəlzələ olub.
GunAz.az xəbər verir ki, 6,7 maqnitudalı zəlzələ ölkənin Mingora şəhərindən 28 kilometr şimal-şərqdə qeydə alınıb.
Məlumata görə, bir qədər əvvəl ABŞ Geoloji xidməti (USGS) Tacikistan ərazisində 5,2 bal gücündə zəlzələ barədə xəbər vermişdi.
İnsan itkisi və ya dağıntı barədə məlumat yoxdur.