Mafiya əməliyyatı - 18 nəfər tutuldu

Mafiya əməliyyatı - 18 nəfər  tutuldu

İtaliyanın Siciliya vilayətində mafiyaya qarşı xüsusi əməliyyat keçirib.

GunAz.az trend -ə istinadən xəbər verir ki, Kataniya şəhəri yaxınlığında keçirilmiş əməliyyat nəticəsində 18 nəfər saxlanılıb.

Onlara qarşı şantaj, qanunsuz narkotik və silah saxlamaq, qətlə təşəbbüs ittihamları irəli sürülüb.

Saxlanılanlar arasında Siciliya vilayətinin keçmiş deputatı Raffaele Nikotra da var.

Müxtəlif ünvanlarda keçirilmiş əməliyyata 200 polis əməkdaşı qatılıb.

скачать dle 12.1
Geri qayıt