Tramp Nikki Heylinin istefasına münasibət bildirib

Tramp Nikki Heylinin istefasına münasibət bildirib

Donald Tramp ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin istefasına münasibət bildirib.

GunAz.az “Reuters”ə istinadən xəbər verir ki, ABŞ Prezidenti N.Heylinin hələ 6 ay əvvəl vəzifədən gedəcəyini ona bildirdiyini deyib. 

Onun sözlərinə görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi bu ilin sonunda istefaya gedəcək.

D.Tramp həmçinin N.Heylinin Ağ Evdə vəzifəyə təyin olunacağını istisna etməyib: “O, mükəmməl işləyirdi”.

Qeyd edək ki, N.Heyli 2017-ci il yanvarın 27-dən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışır.

скачать dle 12.1
Geri qayıt