Suriyadakı partlayışda 2-si uşaq olmaqla, 5 nəfər öldü

Suriyadakı partlayışda 2-si uşaq olmaqla, 5 nəfər öldü

Suriyada törədilən partlayışda ölənlərin sayı 5 nəfərə çatıb.

GunAz.az xəbər verir ki, Türkiyə ilə sərhəddə yerləşən Azaz şəhərinin mərkəzində avtomobilin partladılması nəticəsində 5 nəfər ölüb. Hadisə nəticəsində daha 27 nəfər yaralanıb. Ölənlərdən ikisi uşaq olub.

Məlumata görə, partlayış yanacaqdoldurma məntəqəsində baş verib. Yaralılar Türkiyənin Kiliz şəhərindəki xəstəxanaya yerləşdirilib.

скачать dle 12.1
Geri qayıt