Monserrat Kabalye vəfat etdi
Məşhur opera müğənnisi Monserrat Kabalye ölüb.
GunAz.az xarici mediaya istinadən xəbər verir ki, o, 85 yaşında Barselonada dünyasını dəyişib.
Qeyd edək ki, ispan müğənnisi M.Kabalye 2013-cü ildə Dağlıq Qarabağa icazəsiz səfər etdiyi üçün Azərbaycanın "arzuolunmaz şəxslər"i siyahısına daxil edilib.