Rusiyada 104 uşaq meningitə yoluxdu

Rusiyada 104 uşaq meningitə yoluxdu
Rusiyanın Kareliya muxtar respublikasında 123 nəfər meningitə yoluxub.

GunAz.az Ria Novosti-yə istinadla xəbər verir ki, yoluxma halları 20 məktəb və 16 uşaq bağçasında qeydə alınıb.

Meningitə yoluxanlardan 104-ü uşaq, 19-u böyükdür.

Xəstəliyə yoluxanların qeydə alındığı məktəblərdə karantin elan olunub. Hazırda 60 nəfər xəstəxanalarda müalicə almaqda davam edir.

скачать dle 12.1
Geri qayıt