Pakistanda müxalifət lideri həbs edildi

Pakistanda müxalifət lideri həbs edildi
Pakistan müxalifətinin lideri, Nəvaz Pakistan Liqası Partiyasının rəhbər şəxsi Şahbaz Şərif həbs edilib.
GunAz.az xarici KİV-ə istinadən xəbər verir ki, 2013-2018-ci illərdə Pəncab vilayətinə rəhbərlik etmiş Şahbaz Şərif korrupsiya ittihamı ilə ifadə verməyə çağırılıb. 
Qeyd edək ki, Pəncaba təmiz su təminatı üçün "Saaf Pani" adlı şirkət qurulub. Müxalifət liderinin bu şirkətin fəaliyyətində vəzifəsindən sui-istifadə etdiyi iddia edilir.
скачать dle 12.1
Geri qayıt