Erməni nazir müavini helikoter qəzasında öldü
Rusiyanın Kostroma vilayətində helikopter qəzaya düşüb.
GunAz.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə bildirilib.
“Kostroma vilayətində helikopter qəzası nəticəsində bir neçə nəfər həlak olub. Onlardan biri Rusiyanın Baş prokurorunun müavini Saak Karapetyandır”, - agentliyin həmsöhbəti deyib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) regional idarəsinin mətbuat xidmətindən “İnterfaks”a bildiriblər ki, qəza yerində 3 insanın bədəni tapılıb.