İndoneziyada ölənlərin sayı 1200-ü keçib

İndoneziyada ölənlərin sayı 1200-ü keçib

İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1200-ü keçib.

GunAz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Coko Vidodo açıqlama verib.

Yerli jurnalistlər dağıntılar altında qalanların sayının 2 mini keçə biləcəyini ehtimal edir. Hazırda adanın mərkəzində azı 16 min insan öz yaşayış yerlərini tərk ediblər.

Sulavesi adası sahillərində baş verən zəlzələ 6,1 və 7,5 bal gücündə olub.  

скачать dle 12.1
Geri qayıt