Terror aktlarına hazırlaşan 7 nəfər HƏBS OLUNDU
Hollandiya polisi silsilə terror aktları törətməyi planlaşdırmaqda şübhəli bilinən 7 nəfəri həbs edib.
Publika.az "Associated Press"-ə istinadən xəbər verir ki, prokurorluğun məlumatına görə, şübhəlilər Argem və Vert şəhərlərində saxlanılıblar.
Dəstənin rəhbəri hesab olunan 34 yaşlı İraq vətəndaşı çoxsaylı insan tələfatıyla nəticələnəcək terror planlaşdırıldığını bildirib.