Miqrantların olduğu gəmi atəşə tutuldu - 1 ölü, 3 yaralı
Mərakeş Dәniz Qüvvәlәri Aralıq dənizində içində qeyri-leqal miqrantların olduğu gəmiyə atəş açıb.
GunAz.az xarici mediaya istinadən xəbər verir ki, hadisә nәticәsindә 1 nәfәr hәlak olub, 3 nәfәr dә yaralanıb.
Mәlumata görә, miqrantlar qanunsuz şəkildə İspaniyaya keçmәyә cәhd göstәrib.
Qeyd edәk ki, gәmini idarә edәn şәxs tәhlükәsizlik qüvvәlәri tәrәfindәn saxlanılıb.